Futbol əfsanəsi Dieqo Armando Maradona-nın ölümü ilə bağlı aparılan istintaqda səkkiz tibb işçisinin səhlənkarlığa görə mühakimə olunmasına qərar verilib.

"Unikal" xəbər verir ki, məşhur argentinalı futbolçu 2020-ci ildə 60 yaşında Buenos-Ayresdəki evində ürək tutmasından vəfat edib. Beynindəki qan laxtalanması səbəbindən əməliyyat olunan və ev şəraitində müalicə olunan Maradonanın ölümündən sonra həkimləri və tibb bacıları haqqında istintaq başladılıb.

İstintaq çərçivəsində rəy verən tibb komitəsi məşhur futbolçunun müalicəsində nöqsanların olduğunu bildirib. Bundan sonra məhkəmə Maradonanın neyrocərrahı, şəxsi həkimi, psixiatrı, həkimləri və tibb bacılarına qarşı “ehtiyatsızlıqdan adam öldürmə” ittihamı ilə iddia qaldırmağa qərar verib. Bu şəxslər günahı sübuta yetirilərsə, 25 ilədək həbs cəzası ala bilərlər.

Gülayə  Mecid