Polşaya əhəmiyyətli iqtisadi və təbii potensiala malik və “gələcək onilliklər üçün inkişaf xəzinəsi” olan güclü və müstəqil Ukrayna lazımdır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda Varşavada keçirilən 590-cı Konqres Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, güclü olmaq üçün Polşaya “Avropanın bir hissəsi kimi güclü, müstəqil, suveren Ukrayna” lazımdır. Duda Ukraynanın böyük iqtisadi və təbii potensiala malik olduğunu vurğulayıb.

"Əminliklə demək olar ki, Ukrayna eləcə də bütövlükdə Aİ üçün növbəti onilliklər üçün inkişaf xəzinəsidir", - Polşa lideri bildirib.

Gülayə  Mecid