Ekvadorda minlərlə insanın prezident Gilyermo Lassoya  etiraz etdiyi qarşıdurmalarda ölənlərin sayı 4-ə çatıb.

"Unikal" xəbər verir ki, milli tətil çərçivəsində iyunun 13-dən hökumətə etiraz edən minlərlə insan paytaxt Kito da daxil olmaqla bir çox şəhərdə polislə toqquşub. 

Hökumət əleyhinə etirazlarda indiyədək 4 fəal ölüb, 18-i ağır olmaqla 100-dən çox nümayişçi yaralanıb.

Ekvador Yerli Millətlər Konfederasiyası (Conaie) hökumətin dialoq təklifi üçün bəzi şərtlərin qəbul ediləcəyi təqdirdə masaya oturacaqlarını açıqlayıb.

Konfederasiya hökumətdən 6 şəhərdə elan edilmiş fövqəladə vəziyyətin ləğvi, benzinin qiymətinin aşağı salınması, işsizlik probleminin həlli, kənd təsərrüfatı məhsullarının qiymətlərinin tənzimlənməsi və cinayətlə mübarizədə təhlükəsizlik tədbirlərinin artırılması kimi bir sıra tələblər irəli sürüb.

Bununla yanaşı,  Ekvador Prezidenti Gilyermo Lasso koronavirusa yoluxub. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.