ABŞ prezidenti Co Bayden ABŞ-ın gələn il rekord miqdarda neft hasil edəcəyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Təkcə bu ay ABŞ gündə 12 milyon barel neft hasil edirdi. Bu, mənim sələfim üçün orta göstəricidən yüksəkdir. Gələn il yeni rekord vurmaq yolundayıq”, - deyə Bayden bildirib.

Bayden daha əvvəl bildirmişdi ki, ABŞ və Avropa Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiqinin enerji bazarı üçün nəticəsiz keçə bilməyəcəyini bilirlər: bu, istər-istəməz qiymət artımına səbəb olacaq.

Onun sözlərinə görə, Vaşinqton Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına “gözlərini yuma” və bununla da yanacağın qiymətlərində rekord sıçrayışdan qaça bilər. Lakin Baydenin fikrincə, belə bir vəziyyət yanlış olardı.

Bundan əvvəl ABŞ prezidenti etiraf edib ki, onun ABŞ-da yanacaq vergisinin müvəqqəti olaraq götürülməsi təklifi qısa müddətdə ölkədə yanacağın maya dəyərinin kifayət qədər ucuzlaşmasını təmin etməyəcək.

O, Amerika şirkətlərini yanacağın yüksək qiymətləri fonunda neft emalının həcmini artırmağı və benzinin maya dəyərini aşağı salmağa çağırıb.

Ramil Zeynallı