Türkiyə ordusu İraqın şimalında terrorçulara ağır zərbələr endirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbçilər Qara bölgəsində silahlıları məhv ediblər. Zərbələr nəticəsində 5 terrorçu zərərsizləşdirilib. 

Nazirlik terrorçulara qarşı mübarizənin davam etdiyini bildirib.