Amerikanın məşhur "Beverly Hills, 90210" serialının Türkiyə versiyası çəkiləcək.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi üçün aktyor seçimlərinə artıq start verilib. Serialda rol alacaq ilk isim isə Aslıhan Malbora olub.

Qeyd edək ki, aktrisa sonuncu dəfə "Üç kuruş" serialında rol alıb.