Goranboyda güclü yağışdan sonra sel gəlib.

"Unikal" xəbər verir ki, bu gün saat 15:00 radələrində rayonun Ağcakənd qəsəbəsinə güclü sel gəlib.

Sel suları səbəbindən qəsəbənin yolunda avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb.

Məlumata görə, sel qəsəbədə bir neçə avtomobili aparıb. Bundan əlavə sel suları evlərə dolub.

Hazırda yağışlı hava şəraiti davam edir.