Gəncədə məktəb direktorunun intihara cəhd etməsi haqqında bəzi təfərrüatlar məlum olub.

"Unikal"ın məlumatına görə, 1960-cı il təvəllüdlü Mətanət Qarayevanın iş yerində bəzi problemlər olub. Məktəb müəllimləri onun bu səbəbdən intihara cəhd etdiyini bildirib. 

Ağarza Elçinoğlu

xxx

17:05

Gəncədə intihara cəhd hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva dərman içərək özünü zəhərləyib.

Onun intihara hansı səbəbdən cəhd etməsinin səbəbləri məlum deyil.

Hazırda məktəb direktoru Gəncədə yerləşən xəstəxanların birində müalicə alır.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Tural Əhmədov