Rusiyalı jurnalist, teleaparıcı Kseniya Sobçak məhkəməyə verilib.

"Unikal" xəbər verir ki, bu barədə vəkil Katya Qordon sənədləri sosial şəbəkə hesabından paylaşaraq məlumat yayıb.

Bildirilir ki, aparıcı “Sobçak metodu” adlı marafonuna görə məhkəməlik olub.

Şikayət Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə təqdim edilib. Ərizəçilərin sözlərinə örə, onlar ümumilikdə təxminən 1,5 milyon rubl ödəyib və bir neçə VİP paket alıblar. Müştərilərə bildirilib ki, VIP paketə Sobçakla şəxsi görüşlər, qapalı “Sobçakın dostları” klubuna daxil olmaq, onunla müsahibə, canlı yayım imkanı, eləcə də digər imtiyazlar daxildir. Lakin şikayətçilərin sözlərinə görə, onlar xidmətlərin heç birindən yararlana bilməyiblər.

Qeyd edək ki, marafon bu ilin aprelində başlayıb və sosial şəbəkələrdə geniş şəkildə reklam edilib. İştirak qiyməti 300 ilə 600 min rubl arasında dəyişib.