İrlandiya hakimiyyəti Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq Aİ-nin sanksiyalarına məruz qalan Rusiya fiziki və hüquqi şəxslərinə aid 1,7 milyon avrodan çox aktivləri dondurub.

"Unikal" xəbər verir ki, bu barədə “The Irish Times” məlumat yayıb.

Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsünə görə, ümumi məbləğ 1,72 milyard avro təşkil edir.

Qeyd olunur ki, aprelin əvvəlində Avropa Komissiyasının sənədlərində hələ də Rusiyanın İrlandiyadakı cəmi 839 milyon avro məbləğində aktivlərinin dondurulması qeyd olunub.

Gülayə Mecid