Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1500-ə çatıb.

"Unikal" xəbər verir ki,bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, təbii fəlakət nəticəsində 2000-dən çox yaralı var

Cəmi bir neçə dəqiqə çəkməsinə baxmayaraq, zəlzələnin ciddi dağıntı və tələfata yol açdığı bildirilir. Bir neçə kənd tamamilə dağıdılıb, dağıntılar altında hələ də insanların qaldığı bildirilir.

Təbii fəlakət bir neçə əyalətdə tələfat və dağıntılara səbəb olub, lakin ən çox ziyan Paktika, Nanqarhar və Host əyalətlərində meydana gəlib.

***

22 iyun, 16:18

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Paktika əyalətinin Mədəniyyət və İnformasiya İdarəsinin rəhbəri Amin Xuzayfa məlumat yayıb.

Onun sözlərinə görə, təbii fəlakət zamanı daha 1500-dən çox insan isə yaralanıb. 

***13:31

Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 920 nəfərə çatıb.

"Unikal"  xəbər verir ki, bunu ölkənin təbii fəlakətlərin aradan qaldırılması üzrə müvəqqəti hökumətinin nazir müavini bildirib.

***09:20

Episentri Xost əyaləti olan Əfqanıstanda 5,9 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu  barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. 

Bildirilib ki, zəlzələnin episentri Əfqanıstanın şərqindəki Xost vilayətindən 46 kilometr cənub-qərbdə, Pakistanla sərhəddə yerləşib.

Yeraltı təkanlar zamanı Paktika əyalətində 255 nəfər həlak olub, daha 150 nəfər isə xəsarət alıb.