Rus işğalçılarının Xarkov vilayətini atəşə tutması nəticəsində 15 nəfər həlak olub, 16 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov öz Telegram kanalında məlumat verib.

"15 nəfər həlak olub.16 nəfər yaralanıb. Rusiyanın Xarkov vilayətini gündüz atəşə tutmasının belə dəhşətli nəticələri"- deyə Administrasiya rəhbəri qeyd edib.

O bildirib ki, axşam saatlarında rus işğalçıları Çuqev camaatını atəşə tutub. 

"Xarkov vilayətində 8 yaşlı uşaq ölüb, anası yaralanıb. Zoloçiv icmasında 3 ölü var", - OVA sədri yazıb.

Gültəkin Ələsgər