Ukrayna prezidenti Vladimir Zelenski İstanbul Konvensiyasının ratifikasiyası haqqında qanunu imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə Zelenski İnstaqram səhifəsində məlumat verib:

"İmzalanıb. İstanbul Konvensiyasının ratifikasiyası haqqında qanun. Onun əsas mənası sadədir, lakin son dərəcə vacibdir. Bu, qadınları zorakılıqdan və müxtəlif ayrı-seçkilik formalarından qorumaq üçün bir öhdəlikdir"-deyə Zelenski qeyd edib.