AFFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçlə vidalaşıb.

"Unikal" xəbər verir ki, serbiyalı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb.

AFFA Obradoviçə U-21yığmasında fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Bildirilib ki, millinin baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.