Ucarda yük qatarı kişini vuraraq öldürüb.  

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qaracallı kəndi yaxınlığındakı Küçəkənd stansiyasında baş verib.

Qatarın vurduğu  kişi aldığı xəsarətdən yerindəcə ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanları və həkim briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov