Yunanıstan Azərbaycan qazının Bolqarıstana nəqlinə başlayıb. Azərbaycan qazının Komotini-Stara Zaqora kəməri ilə Yunanıstandan Bolqarıstana sınaq nəqlinə bu gün başlanılıb, sınaq işləri ayın sonunadək davam edəcək.

"Unikal" Bolqarıstan radiosuna istinadən xəbər verir ki,  2022-ci il iyulun 1-dən razılaşdırılmış 1 milyard kubmetr həcmində tədarüklərə başlanacağı gözlənilir.

Komotinidəki boru kəməri və Aleksandrupolis yaxınlığındakı terminal Bolqarıstan və region ölkələrinə Cənub Qaz Dəhlizindən qaz almağa imkan verəcək. Qeyd edək ki, Bolqarıstan tərəfi həm də Aleksandrupolis yaxınlığında tikilməkdə olan maye qaz terminalında 20% paya malik səhmdardır.

Xatırladaq ki, apreldə Rusiyanın “Qazprom” şirkəti Bolqarıstana qaz nəqlini dayandırdığını bəyan edib, çünki Bolqarıstan tərəfi onun şərtləri ilə tədarük haqqını ödəməkdən imtina edib.