Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 522 vaksin vurulub.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 256, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 934, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 143 nəfərdir.