"Şuşa Bəyannaməsinin tələblərinə uyğun olaraq hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində çox vacib işlər görülür".

"Unikal" xəbər verir ki, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.

Onun sözlərinə görə, region dövlətləri arasında münasibətlərin normallaşıdırlması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri yüksək səviyyədə davam etdirilir.

"Digər sahələrdə olduğu kimi Şuşa Bəyannaməsinin 11,12 və 13-cü bəndlərinə uyğun olaraq Silahlı Qüvvələrimiz arasında da hərbi təlim və təhsil sahəsində əməkdaşlığımız sürətlə inkişaf etdirilir", - general-leytenant vurğulayıb.