Dünyanın ən populyar kriptovalyutası olan bitkoin son sutka ərzində 10 faizdən çox ucuzlaşıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hazırda kriptobirjalarda bitkoin 24,4 min dollar ətrafında alınıb satılır.

İyun ayının əvvəli ilə müqayisədə isə kriptovalyuta 15 faizdən çox ucuzlaşıb. Belə ki, ayın əvvəlində bitkoinin qiyməti 30 min dollar ətrafında idi.