"Çalışmalıyıq ki, kiçik-orta sahibkarlıq inkişaf etsin, insanların qazancı artsın. Gəlir artdıqca, istehlak kreditlərinə ehtiyac nisbətən azalır". 

Bunu "Unikal"a açıqlamasında deputat Rüfət Quliyev deyib. O bildirib ki, bu məsələ ilə bağlı bankları kifayət qədər tənqid edirik ki, iş mexanizminizə dəyişikliklər etməlisiz. 

"Belə ki, banklar istehlak kreditlərindən qazancı azaldıb, daha çox digər bank xidmətlərindən gəlir əldə etməlidirlər. Tək istehlak kreditləri ilə bankların qazanmağı ağlabatan deyil. Bəzi banklar daha çox rahat qazanc yollarına əl atırlar. Bunlarla yanaşı iqtisadiyyatımızın inkişaf tempini, ümumi daxili məhsulu (ÜDM), kənd təsərrüfatını və qida məhsullarının istehsalını, ixracı artırmalıyıq. İqtisadiyyatımız üçün əsas prioritetlər bunlardır. Bu işlər inkişaf etdikcə, istehlak kreditlərinə ehtiyac azalacaq".

Anar Kəlbiyev