Xam neftin orta illik xalis mədaxil qiymətinin Fondun büdcəsində nəzərdə tutulmuş illik qiymətə nisbətdə 63,5% artıq olması, vəsaitlərin idarəedilməsindən gəlirləri proqnoza nisbətdə 332,7% çox icra edilməsi, eyni zamanda Fondun hesabat ilində büdcədənkənar xərclərinin olması, büdcə xərclərinin isə 7,0% az icrası nəticəsində Fondun valyuta ehtiyatlarının ilin əvvəli ilə müqayisədə artmasına şərait yaradıb.

"Unikal" xəbər verir ki, bu, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.

Qeyd olunub ki, 2021-ci il üzrə neftin qiymətinin proqnoza nisbətdə 25,4 ABŞ dolları artıq olması ilə bağlı mənfəət nefti və qazın satışından əlavə olaraq 3 208,9 milyon ABŞ dolları daxil olub, eyni zamanda Fondun valyuta aktivlərinin idarə edilməsindən proqnoza qarşı əlavə olaraq 1 486,9 8 milyon ABŞ dolları məbləğində vəsait daxil olub.

Bu, Fondun büdcəsinin profisitlər icrasına və aktivlərin həcmində artıma səbəb olub. Belə ki, 2021-ci ilin31 dekabr tarixinə Fondun aktivləri ABŞ dolları ifadəsi ilə ilin əvvəlinə nisbətən 1 460,8 milyon ABŞ dolları və yaxud 3,4 faizə qədər artaraq 45 025,1 milyon ABŞ dolları (75 972,3 milyon manat) təşkil edib.