Neft qiymətlərinin yüksəlməsi ilə əlaqədar Azərbaycan büdcəsində gəlirlərin əhəmiyyətli artımı qeydə alınır.

"Unikal" xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov deyib. Onun sözlərinə görə, bu tendensiya ilin sonunadək qalacaq.

"Biz inflyasiya ilə bağlı müəyyən proqnozlar veririk, amma onun artımı idxalla əlaqədardır. Dövlət Vergi Xidmətinin keçirdiyi islahatlarla əlaqədar biz ümumi daxili məhsulun nominal artımını gözləyirik. Eyni zamanda, əminəm ki, Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərini yeni kassa aparatları ilə təchiz edəcək. Bunun icrası gələcəkdə sahibkarlığın təşviqi üçün yeni alətlərin yaranmasına xidmət edəcək".