Bu ilin yanvar-may aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 526 537 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 8,5 dəfə çoxdur.

"Unikal" xəbər verir ki, ARDNF-dən verilən məlumata görə, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.06.2022 tarixinə) 144 522 min dollar olub, bu da 2,5 dəfə artım deməkdir.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və SGC (6,67%) şirkətləri iştirak edir.