Mayın 23-də İranın Abadan şəhərində 10 mərtəbəli ticarət mərkəzinin çökməsi nəticəsində ölənlərin sayı 29-a çatıb.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Abadan şəhərinin Fövqəladə halların idarəedilməsi mərkəzindən veriblər. Qeyd olunub ki, dağıntılar altında aparılan axtarışlar zamanı əlavə cəsədlər tapılıb. Bununla yanaşı, xəstəxanaya çox ağır vəziyyətdə çatdırılanlar arasında da ölənlər olub.

Qeyd edək ki, Abadan şəhər prokurorluğu hadisə ilə əlaqədar cinayət işi açıb. Binanın istismarına cavabdeh olanlarla, binanın sahibi həbs edilib. İstintaq davam edir.