Fars körfəzində İranın Qeşm adası yaxınlığında yüngül mühərrikli təlim təyyarəsi qəzaya uğrayıb.

"Unikal"ın məlumatına görə, bunu İranın Qeşm rayonu icra başçısı Məhəmməd Məhəmmədhüseyni deyib.

Onun sözlərinə görə, ilkin məlumatlara əsasən təyyarənin iki pilotu sağ-salamatdır və balıqçılar tərəfindən ixlas olunublar.

Təlim təyyarəsi İranın Bəndər Abbas şəhərindən Qeşm adasına uçurmuş.

Faktla bağlı araşdırma aparılır.