Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşüb.

"Unikal" xəbər verir ki, görüş çərçivəsində Azərbaycan və Türkiyə arasında kosmik sənaye, müvafiq mütəxəssislərin hazırlanması üçün birgə mərkəzin yaradılması, kadr potensialının artırılması, o cümlədən elektron imzaların qarşılıqlı tanınması istiqamətində müzakirə aparılıb. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında birgə texnoparkın yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.