Azərbaycan gimnastı Bilal Qurbanov İtaliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 3-cü “Aere Trampoline Cup” beynəlxalq turnirində qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından "Unikal"-a verilən məlumata görə, 13-16 yaş qrupunda mübarizə aparan idmançı 48,500 xalla bütün rəqiblərini üstələyərək tamblinq üzrə 1-ci yeri tutub.