Bu gün həbsdən azad olunanlar arasında Gəncə hadisələrinə görə məhkum edilənlər də var.
"Unikal" xəbər verir ki, 2018-ci ildən məhkum həyatı yaşayan Kamal Məhərrəmov, Raul Süleymanov, Elman Quliyev, Şahlar Rzayev, Orxan Yağnəliyev, Toğrul Verdiyev, Vüqar Allahverdiyev, Tural Bayramov, Seymur Əliyev, Hacıyev Maarif, Ruslan Həsənov, Əli Rzayev, Yavər İsmayılzadə, Zabil Məmmədov, Elman Rüstəmov, Qənbər Qarazadə, Asif Cavadov əfv olunanlar siyahısındadır.

Həmin şəxslər 2018-ci il iyulun 10-da Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi, o cümlədən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, iki polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədilməsinə görə azadlıqdan məhrum edilmişdilər.