Gədəbəy rayonunun həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmli əfv olunub.

"Unikal"  xəbər verir ki, onun adı Prezident İlham Əliyevin bu gün imzaladığı əfv Sərəncamında var.

Xatırladaq ki, Saleh Rüstəmli 2018-ci ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Saleh Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.