Hindistanın Ali Məhkəməsi bildirib ki, könüllü fahişəlik edənlər həbsə və cəzaya məruz qalmamalıdır. 

"Unikal"ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, məhkəmə vurğulayıb ki, peşəsindən asılı olmayaraq, bu ölkədə hər bir insanın Hindistan Konstitusiyasının 21-ci maddəsinə uyğun olaraq layiqli yaşamaq hüququ var. 

Məhkəmə nümayəndələri hüquq-mühafizə orqanlarının əməkdaşlarına xatırladıblar ki, əxlaqsızlıq yuvalarına keçirilən reydlər zamanı seks işçilərinə qarşı heç bir sanksiya tətbiq edilməməli, yalnız qanunsuz sahibkarlıq təşkilatçıları cəzalandırılmalıdır.