Azərbaycanda yeni seçki məntəqələri yaradılacaq. 

"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında deyib. 

O bildirib ki, buna səbəb seçici siyahısının dəqiqləşdirilməsindən sonra bəzi məntəqələr üzrə sayın Seçki Məcəlləsində nəzərdə tutulandan çox olmasıdır: “Dairə seçki komissiyaları bununla bağlı işlərə başlayacaq”.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər seçki məntəqəsinin ərazisində ən çoxu 1500 və ən azı 50 seçici qeydə alınmalıdır.

Anar Kəlbiyev