Azərbaycanın ən yaşlı kişi və qadın seçiciləri məlum olub. 

"Unikal" xəbər verir ki,  bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib. 

O bildirib ki, Azərbaycanın ən yaşlı seçicisi qadındır. “O Gədəbəy rayon sakini 1900-cu il təvəllüdlü Nuriyeva Şərabanı Əli qızıdır. Onun 122 yaşı var.

Ən yaşlı kişi seçici isə 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur. Onun 107 yaşı var”.

Anar Kəlbiyev