Çin Rusiya aviaşirkətlərinin "Boeing" təyyarələri üçün hava məkanını bağlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatında qeyd olunub. 

Bildirilib ki, may ayında Çin bütün aviaşirkətlərdən hava yolları sahibləri, təyyarələr və yerüstü xidmət müqavilələri haqqında məlumatları ehtiva edən elektron faylı yeniləməyi xahiş edib. Rusiya aviadaşıyıcıları bu məlumatı yeniləyiblər, lakin Çin idxal edilən təyyarələrin xaricdə rəsmi qeydiyyatdan çıxarılmasının təsdiqini tələb edib.

Rusiya tərəfi bu sənədləri verə bilmədi, ona görə də Çin beynəlxalq aviasiya qanunvericiliyinə uyğun olaraq, uçuşları dayandırdı. 

Rusiya aviaşirkətindən də təsdiq edilib ki, müvafiq sertifikat olmadan təyyarələrin uçuşuna icazə verilmir.

Ağarza Elçinoğlu