"Perseverance Rover" Marsın səthindən Yerə yeni şəkillər göndərib. 

"Unikal" xəbər verir ki, şəkillər qurumun "Twitter" səhifəsində yerləşdirilib. Yaxından çəkilmiş fotoşəkildə Mars torpağında qayalar və qırmızımtıl qumlar göstərilir.

Bildirilir ki, "Perseverance Rover" hələ də deltanın ətəyindədir və yaxşı nümunə süxurlar üçün ərazini yoxlayır.

Xatırladaq ki, aprelin sonunda  "Perseverance Rover" rəsmi olaraq "Delta Cəbhəsi Kampaniyası"na start verdi, bu müddət ərzində alimlər Marsda həyatın izlərini tapmağa çalışacaqlar.

Aynurə Xudaverdiyeva