"Arzu edirəm ki, qəbul etdiyimiz qanunlar daha keyfiyyətli olsun".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, bizim qanunlarımız Konstitusiyaya zidd olmamalıdır.

" "Ələt Azad iqtisadi zonası" haqqında qanun qəbul ediləndə də dediyi kimi burada konstitusiyaya zidd müddəalar var. Vergiləri, gömrük rüsumlarını Milli Məclis təyin edə bilər. Başqa dövlət qurumu vergi, gömrük rüsumu tətbiq edə bilməz. Aksiz dərəcələrini biz qanunla müəyyən etməliyik, amma bu Vergi Məcəlləsinə daxil edilib. Komitə iclasında iştirak edən Vergi Xidmətinin nümayəndəsi Samirə xanım bunu əsaslandırmağa çalışdı. Təəssüf ki, o Konstitusiyaya zidd bu maddəni konstitusiyaya zidd olan digər maddə ilə əsaslandırmağa çalışdı. Bu konstitusiyaya ziddir. Bu qanunlar ekspertizadan keçirilməlidir. Düşünürəm ki, Milli Məclisə gələn bütün qanun layihələri ekspertizadan keçirilməlidir”.

Anar Kəlbiyev