Ermənistanda hökumət binası çoxlu sayda polis qüvvələri və snayperlər tərəfindən mühasirəyə alınıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-lərində yayılan məlumatda qeyd olunub ki, bu gün hökumət binasında Monteneqro prezidenti ilə Nikol Paşinyanın görüşü planlaşdırılır. Vətəndaşlar hökumət binası qarşısında "Xain Nikol", "Get", "Türk" şüarları səsləndirirlər. 

Hazırda Hökumət binası yaxınlığında vəziyyət gərgin olaraq qalır. Binaya polislərlə canlı sədd çəkilib, bütün giriş-çıxışlar bağlanıb, hökumət binasına yeni polis qüvvələri gətirilib, damlarda snayperlər var.

Binanın birinci mərtəbəsinin pəncərələri metal qoruyucu qıfıllarla örtülüb.

Ağarza Elçinoğlu