“Orqan və toxumaların transplantasiyası” haqqında qanun Səhiyyə komitəsində hazırlanıb”. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. 

Komitə sədri bildirib ki, bu qanuna Nazirlər Kabineti tərəfindən geniş sərəncam hazırlanmışdı: 

“Qəbul edilən qanun artıq həyata keçirilməyə başlayır. Səhiyyə Nazirliyi çox geniş tədbirlər planı hazırlayıb. Donor bankının, bu sahədə mütəxəssislərin hazırlanması barəsində geniş tədbirlər həyata keçirilir. Bu qanun çox geniş miqyasda tətbiq olunandan sonra ölkəmizdə bu sahədə olan problemlər öz həllini tapacaq”.

Anar Kəlbiyev