Texas ştatının Uvalde şəhərində çərşənbə axşamı kütləvi atışmada öldürülən müəllimlərdən birinin ərinin infarktdan öldüyü bildirilib.

"Unikal" xəbər verir ki, Co Qarsiya Robb ibtidai sinifdə 23 il dərs deyən İrma Qarsianın əri olub.

Qarsiya 19-u uşaq olmaqla 21 nəfərin ölümünə səbəb olan atışmada yeniyetmə silahlı tərəfindən öldürülən iki müəllimdən biri olub.

24 il evli olan cütlüyün özlərindən sonra dörd övladı yadigar qalıb.

Aynurə Xudaverdiyeva