Ermənistanın Qarabağda yaratdığı qeyri-qanuni separatçı rejim xariclə əlaqələr yaradaraq yeni siyasi təxribata əl atıb.

"Unikal" xəbər verir ki, xarici KİV-də qeyd olunan məlumata görə, 10 noyabr 2020-ci il sənədlərində Qarabağdan çıxmalı olan separatçı rejimin "xarici işlər naziri" David Babayan Cənubi Osetiyaya "səfər edib" və prezident Alan Qaqloyevin andiçmə mərasimində iştirak edib.

Qeyd olunub ki, o, separatçıların nümayəndə heyətinə rəhbərlik edib. Babayan Cənubi Osetiyada bir sıra "görüşlər"ə qatılıb və yeni seçilmiş prezident Alan Qaqloyevlə danışıqlar aparıb.

Ağarza Elçinoğlu