"Liverpul" futbolçusu Aleks Oksleyd-Çemberleyn ilə yollarını ayırmağa hazırlaşır.

"Unikal" "The Mirror"a istinadən xəbər verir ki, Mersisaydlılar 28 yaşlı yarımmüdafiçini bu yay satmağı düşünür. İngiltərəli oyunçu ilə "Aston Villa" və "Vest Hem" yaxından maraqlanır. Onun "qırmızlar"la sözləşməsi 2023-də başa çatır.

Qeyd edək ki, Oksleyd-Çemberleyn 2017-ci ildən "Liverpul" forması geyinir.