Yaxın zamanlarda Hadrutda televiziya stansiyasının istismara verilməsi planlaşdırılır.

"Unikal" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

Onun sözlərinə görə, Qarabağda kommunikasiya xətlərinin tikintisi plana uyğun davam edir.

"Artıq IT infrastrukturunun tikintisi üzrə işlərin böyük hissəsi görülüb", - R.Rüstəmov bildirib.