Bakı şəhərinin Nərimanov rayonunda yerləşən sexdə baş verən yanğın söndürülüb.

Bu barədə "Unikal"a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov bildirib.

***

15:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində Bakının Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.

Bu barədə "Unikal"a FHN-dən məlumat verilib.

Məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

14:56

Nərimanov rayonunda baş verən yanğın davam edir.

"Unikal"ın məlumatına görə, yanğının söndürülməsinə 2 helikopter cəlb olunub.

Ağarza Elçinoğlu

***

13:43

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin  Narimanov rayonu ərazisində sexdə yanğın olması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***13:39

Ulduz metrosu yaxınlığında yerləşən sexlərin birində güclü yanğın başlayıb.

"Unikal" xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

Aynurə Xudaverdiyeva