Ermənistan Respublikasının ilk kosmik peyki Yer planetinin orbitinə buraxılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

"2022-ci il mayın 25-də Yerevan vaxtı ilə saat 22:35-də ( Bakı vaxtı ilə eyni - red ) ABŞ-ın Kanar adalarındakı kosmik stansiyadan "Space X" kosmik gəmisi ilə Ermənistanın ilk kosmik peyki Yer orbitinə buraxılıb", - Paşinyan qeyd edib. 

Ağarza Elçinoğlu