Gəncədə partlayış hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayonunda yerləşən binaların birində qeydə alnıb. Binanın 5-ci mərtəbəsindəki mənzildə yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-nin yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğının qaz sızmasından yaranmış partlayış nəticəsində baş verdiyi bildirilir.

Evdən 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziya oğlunun meyiti tapılıb.

Tural Əhmədov