İsrail aviaşirkətləri Türkiyəyə birbaşa uçuşları bərpa edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə razılıq İsrailin turizm naziri Konstantin Razvozov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında keçirilən görüşdə əldə olunub.

Tərəflər bir sıra iqtisadi məsələləri, o cümlədən ölkələr arasında hava nəqliyyatı, problemlər və artan antisemitizmlə mübarizə yollarını müzakirə ediblər.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri son 15 ildə ilk dəfə İsrailə səfər edib.