Bu gün Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbəri Ömər Karaca və təmsilçisi Samir Babaoğlu ilə görüş keçirilib.

Bu haqda "Unikal"-a  MEDİA-dan məlumat verilib.

Görüş zamanı MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov qonaqları Azərbaycanda bir müddət əvvəl qəbul edilmiş “Media haqqında” qanun, Azərbaycanda media sahəsinin inkişafı üçün atılan addımlar, çap mediası və xəbər saytlarına dəstək proqramları barədə məlumatlandırıb. 

"Albayrak Media Group”un rəhbəri Ömər Karaca iki ölkə mediası arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.