Türkiyə İraqın şimalında terroçulara artilleriya qurğuları ilə zərbələr endirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, İraqın şimalında "Pəncə-Şimşək" bölgəsində aşkarlanan 3 PKK terrorçusu zərərsizləşdirilib.

"Terrorla mübarizəmiz qətiyyətlə davam edəcək", - deyə Nazirlik qeyd edib.