Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

"Unikal" xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov sərəncam imzalayıb.

Sərəncamla Etibar Sevincək oğlu Muradlı başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, E.Muradlı Çexiyadakı Mendel Universitetinin Regional inkişaf və beynəlxalq ərazi elmləri fakultəsində təhsil alıb, yeni təyinata qədər Kand Təsərrüfatı Nazirliyinin aparatında, daha sonra Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində çalışıb.