Qalxanabənzər vəzi xəstəlikləri ilə bağlı tibb müəssisələrinə ən çox Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, Lənkəran, Quba və Qusar rayonlarından olan vətəndaşlar müraciət edirlər.

"Unikal" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, cərrah-endokrinoloq Azər Hümmətov söyləyib.

Həkim bildirib ki, bu ərazilərdən müraciət edən xəstələrə əməliyyat göstərişi verilir və çox zaman zəhərli zob diaqnozu qoyulur.

Cərrah-endokrinoloq qeyd edib ki, müraciət edənlər arasında Naxçıvandan gələn pasiyentlərin də sayı üstünlük təşkil edir:

“Şimal zonasından gələn pasiyentlərdə düyünə və zəhərli zoba, Naxçıvandan gələn pasiyentlərdə isə böyük ölçülü düyünlərə rast gəlinir. Statistikaya görə qalxanabənzər vəzi xəstəlikləri daha çox qadınlar arasında müşahidə olunur. Çünki hamiləlik zamanı orqanizmə ən çox yük düşən hissə məhz qalxanabənzər vəzi olur. Azərbaycanda hər 11 zob xəstəsindən 10-u qadındır”.