Rusiya yenidən Çerniqov və Sumı vilayətlərinin sərhədlərinə qoşun və hərbi texnika toplamağa başlayıb.

"Unikal" xəbər verir kji,  bu barədə “The Washington Post” məlumat yayıb.

Qeyd olunur ki, Çerniqov vilayətinin sərhədçiləri Rusiyanın yenidən bölgəyə qoşun və hərbi texnika göndərdiyini müşahidə edirlər.

Regionun sərhəd xidmətinin rəis müavini Aleksandr Vadovskinin sözlərinə görə, Rusiya qoşunları hər gün Çerniqov vilayətindən iki-səkkiz mərmi atırlar.

“İstənilən halda biz mümkün təkrar işğala hazırlaşırıq. Mövqelərimizə, şəhərlərimizə hücum edirlər. Rusların döyüş qaydaları haqqında heç bir təsəvvürü yoxdur”, - deyə o bildirib.

Nəşr bildirir ki, eyni dinamika rus qoşunlarının təxminən eyni vaxtda oradan çıxarıldığı qonşu Sumı vilayətində də müşahidə olunur.

Ukraynalı müdafiəçilərin işğalçıları dövlət sərhədinə qədər itələdiyi Xarkovda isə müdafiə təlimlərinin kütləvi döyüşlərə çevrilə biləcəyini gözləyirlər.

Gülayə  Mecid